Lütfizadə adına I Məntiq Olimpiadasının finalçılarının təltifi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İstək Liseyi ilə birgə həyata keçirdiyi Lütfizadə adına I Məntiq Olimpiadasında 147 saylı Texniki-humanitar liseyin şagirdləri də fəal iştirak etmiş, uğurlu nəticələr əldə etmişlər. Şagirdlərin həvəsləndirilməsi, onlarda elmə, araşdırmaya maraq və meylin artırılması, düzgün qərar vermək bacarığının inkişaf etdirilməsi baxımından müxtəlif fənn müsabiqələrinin, bilik yarışlarının, olimpiadaların keçirilməsi vacib və zəruri fəaliyyətlərdəndir. Liseyimizdə I məntiq olimpiadasının finalçılarının lisey üzrə mükafatlandırılması həyata keçirilmişdir. İstedadlı şagirdlərin üzə çıxarılması, onlarda təlimə marağın artırılması, intellektlərinin inkişaf etdirilməsi istiqamətində apardıqları səmərəli və məqsədyönlü işlərə görə olimpiadanın təşkilatçılarına dərin minnətdarlığımızı bildiririk.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi