Gərgin zəhmət, ardıcıl və sistemli fəaliyyət, möhkəm iradə-Uğurun açarıdır.

"Təhsil həyata hazırlıq deyil, təhsil həyatın özüdür",- filosoflardan biri belə demişdir.Liseyimizdə "uğurlu məktəb yaratmaq" üçün bütün pedaqoji kollektiv həvəslə və səylə çalışmaqdadır. Şagirdlərin məntiqi, tənqidi və yaradıcı təfəkkürünün formalaşması, həyati bacarıqlarının inkişaf etdirilməsi, vətənə, millətə və dövlətə layiqli vətəndaş kimi yetişməsi üçün bütün doğru vasitələrdən istifadə etməkdəyik. Bunun nəticəsidir ki, yetirmələrimiz müxtəlif səviyyəli yarış və müsabiqələrdə fərqlənməyi, yüksək nailiyyətlər əldə etməyi bacarırlar. Bu yaxınlarda Eynullazadə Salman Rahib oğlu (7b) Kyokuşin Karate üzrə 2004-2005-ci il təvəllüdlü idmançılar arasında I (Xətai İdman Klubu), Məmmədova Sara Emin qızı (7b) bədii qiraət üzrə Azərbaycan Açıq Çempionatında I,Hüseynli Gülər Nizaməddin qızı (10a) Xətai rayonu üzrə 20 Yanvara həsr olunmuş canlı inşa müsabiqəsində I, Xocalı Soyqırımına həsr olunmuş müsabiqədə II yeri qazanmışdır.Bütün şagirdlərimizə uğurlar arzulayırıq!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi