Dədə Qorqud nəfəsli ellərimiz

Azərbaycan əhalisi üçün yazın gəlişi müasir zamanımızda belə milli kökə, qədim adət-ənənlərə, əsrlərin o tayından qopub gələn tarixi keçmişimizə qayıdış zamanıdır. Dədə Qorqud hər zamanımız üçün böyüklük, ululuq, vətənə, yurda bağlılıq simvolu olmuşdur. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən elan olunmuş "Ekoloji mədəniyyət və incəsənət. Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası" aylığı çərçivəsində Liseyimizdə "Dədə Qorqud nəfəsli ellərimiz" adlı tədbir keçirilmişdir. Tədbir şagirdlərdə milli-mənəvi dəyərlərə hörmət, ailə və vətəndaşlıq düşüncəsi formalaşdırmaq, tarixi hadisələrə düzgün münasibət bildirmək bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyırdı. Tədbirdə eyni zamanda şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi, onların şəninə şeirlər səsləndirildi, vətənpərvərlik mövzusunda kompozisiyalar canlandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi