Riyaziyyat fənni üzrə yarış keçirildi.

Bu gün Həsən müəllimin rəhbərliyi ilə, 7a və 7b sinifləri arasında yenidən Riyaziyyat fənni üzrə yarış keçirilmişdi. Yarışda şagirdlərə 6-sı həndəsə, 9-u riyaziyyat olmaqla xarici və yerli kitablardan 15 çətin sual təqdim edilmişdir. Hər iki sinif 13 doğru suala cavab vermiş, bal fərqli ilə 7a sinifi yenidən qalib olmuşdur,

Yarışın gedişini izləyən liseyimizin direktor səlahiyyətlərini icra edən Vüsalə xanım Babayeva sonda qalib şagirdləri təbrik etmiş, onların maraq dairələri, hədəfləri ilə bağlı maraqlı fikirlərini dinləmiş və uşaqlara gələcəkdə daha böyük uğurlar arzulamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi