Liseyimizdə "Xocalı harayı" adlı tədbir keçirilmişdir

Təhsil naziri cənab Mikayıl Cabbarov təhsil müəssisələrində Xocalı soyqırımının 25-ci ildönümünün keçirilməsi barədə əmr imzalamışdır. Əmrə əsasən fevral ayının 24-də ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr edilməli idi. Bu məqsədlə Liseyimizdə ilk dərslər Xocalı soyqırımına həsr edildi. Bundan əlavə Liseydə bu gün fəaliyyət planına uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında məlumatların artırılması, Vətənə, dövlətə bağlılıq ruhunun aşılanması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği, tarixi hadisələrə düzgün rəy bildirmək bacarığının formalaşdırılması, Ümumxalq hüzn günlərinin qeyd edilməsi məqsədilə "Xocalı harayı" adı altında tədbir keçirildi. Üç dildə: Azərbaycan, ingilis və rus dillərində hazırlanmış tədbirdə valideynlər və müəllimlər çıxışlar etdilər, şagirdlərin hazırladıqları müxtəlif kompozisiyalar nümayiş etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi