Şagirdlərimizin Azərbaycan Milli İncəsənət Muzeyində açıq dərsi

BŞTİ tərəfindən elan olunmuş "Ekoloji mədəniyyət və incəsənət. Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası" aylığı ilə bağlı Liseyimizdə müxtəlif siniflərdə fərqli forma və məzmunda ardıcıl tədbirlərimiz davam etməkdədir. Həmin layihə çərçivəsində 10b sinfi tarix müəllimi, "Tərəqqi" medallı Güntəkin Məmmədovanın rəhbərliyi ilə Azərbaycan Milli İncəsənət Muzeyinə ekskurs etmişdir. Şagirdlərin məntiqi təfəkkürünün, dünyagörüşünün inkişafı, tədris olunan mövzuların öyrənilmə səviyyəsinin artırılması, şagird marağının yüksəldilməsi məqsədi ilə həyata keçirilmiş ekskurs-açıq dərs şagirdlər tərəfindən böyük maraqla qarşılanmışdır. XVI əsrə aid stend və eksponatlar qarşısında keçirilən "Şah İsmayıl Azərbaycan Səfəvilər dövlətinin banisi kimi" adlı açıq dərs həmin dövrün tarixi və mədəniyyəti, ictimai-siyasi mənzərəsi, ab-havasının canlandırılması baxımından çox mühüm əhəmiyyət kəsb edirdi. Şagirdlər muzeydə Şah İsmayıl və Azərbaycan Səfəvilər dövləti ilə bağlı müxtəlif mövzularda təqdimatlarla çıxış etdilər. Güntəkin Məmmədova da onlara XVI əsrdə miniatür sənətinin inkişafından, Sultan Məhəmməd və Kəmaləddin Behzad sənəti barədə maraqlı məlumatlar vermişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi