Min illərin yadigarı, milli tariximizin daşıyıcısı-Ana dilim, canım dilim

Bildiyimiz kimi 21 fevral "Ana dili Günü"dür. Eyni zamanda bu tədris ilinin fevral ayı BŞTİ tərəfindən "Ekoloji mədəniyyət və incəsənət. Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası" aylığı elan olunmuşdur. Hər iki əlamətdar günlə əlaqədar Liseyin fəaliyyət planına uyğun olaraq 21 fevral tarixində 5c-rus bölməsinin şagirdləri təlim-tərbiyə işləri üzrə direktor müavini Könül İsayeva ilə birlikdə "Min illərin yadigarı, milli tariximizin daşıyıcısı-Ana dilim, canım dilim" mövzusunda maraqlı tədbir həyata keçirdilər. Ana dilimiz milli kimliyimizin və tarixi keçmişimizin daşıyıcısıdır. Biz dilimizin sözlərində yaşayırıq. Dilimiz, milli-mənəvi, mədəni irsimiz xüsusilə rus bölməsinin şagirdlərinə daha intensiv təbliğ olunmalı, onlara dilimizin ifadə incəlikləri, özünəməxsusluqları sistemli şəkildə aşılanmalıdır. Bu məqsədlə 5c sinif şagirdlərinin hər biri dilimizlə bağlı məşhur kəlam və fikirləri səsləndirmiş, tanınmış şairlərin şeirlərini ifa etmiş, hazırladıqları səhnəcikləri, rəqs nümunələrini, etnik mədəniyyətimizin tərkib hissəsi olan milli geyimlərimizi nümayiş etdirmişlər.