Ümumtəhsil məktəblərində 1-7 mart tarixləri “İdman həftəsi” keçirilir
5 mart Bədən Tərbiyəsi Və İdman Günü ilə, əlaqədar olaraq Ümumtəhsil məktəblərində 1-7 mart tarixləri “İdman həftəsi” keçirilir. Məqsəd şagirdlərin idmana marağını artırmaq və sağlam həyat tərzini təbliğ etməkdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təlimatına uyğun olaraq martın 1-də 147 nömrəli texniki humanitar liseydə şagirdlərimiz səhər gimnastikası ilə məşğul olmuşlar.