Xocalı faciəsi ilə bağlı Liseyin siniflərində dəyirmi masalar keçirilir

Xocalı soyqırımı hər bir azərbaycanlı üçün dərin kədər, ağrı və nisgil tarixidir. Dinc soydaşlarımıza qarşı amansız qətliamın keçirilməsini hər bir Vətəndaşımız kimi pisləyir, insanlığa sığmayan vəhşi və yırtıcı davranış hesab edirik. Liseyin fəaliyyət planına uyğun olaraq bütün siniflərimizdə faciə ilə bağlı müxtəlif tədbirlər gerçəkləşdirilməkdədir. Tariximiz sabahımza açılan pəncərə, fəaliyyət və perspektivimiz üçün dayaq nöqtəsidir. Dünənini bilməyənin sabahı olmaz. Bu baxımdan şagirdlərimizin çağdaş tariximiz haqqında məlumatlarını artırmaq, onlarda vətənə sevgi hisləri aşılamaq üçün ardıcıl olaraq müxtəlif üsullardan və vasitələrdən istifadə etməklə dəyirmi masalar, müzakirələr həyata keçirilir. Bu dəfə də həmin məqsəd üçün liseyin 5a və 6b siniflərində sinif saatları keçirilmişdir. Şagirdlər müzakirələr aparmış, onlara müxtəlif tarixi məlumatlar çatdırılmış, şagirdlərin əl işləri və bədii yaradıcılıq nümunələri nümayiş etdirilmişdir.