Xocalı soyqırımı ilə bağlı tədbirlərimiz davam etdirilir

Liseyin fəaliyyət planına uyğun olaraq Xocalı soyqırımı ilə bağlı bütün siniflərdə dəyirmi masalar, müzakirə və diskussiyalar keçirilməkdədir. Şagirdlər müzakirələrdə fəal iştirak edir, faciə haqqında fikir və mülahizələrini bildirirlər.Bu dəfə Liseyin 8b və 7a siniflərində şagirdlər "Xocalısız 25 il" mövzusunda müzakirələr aparmışlar. Müəllimlərin fasilatorluğu ilə müzakirələr həyata keçirilmiş, müxtəlif faktlara münasibət bildirilmişdir. Şagirdlər soyqırımı dünya ictimaiyyətinə necə bildirmək, gələcəkdə, liseyi bitirdikdən sonrakı fəaliyyətlərində tarixi gerçəklikləri hansı formada dünya ictimaiyyətinə çatdırmaq məsələləri haqqında təkliflər vermiş və qərarlarını bildirmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi