Bu gün 147 nömrəli texniki-humanitar liseydə riyaziyyat, ingilis dili və rus dilini tədris edən müəllimlərin və metodbirləşmə sədrlərinin iştirakı ilə, dəyirmi masa keçirilmişdir.

Bu gün 147 nömrəli texniki-humanitar liseydə riyaziyyat, ingilis dili və rus dilini tədris edən müəllimlərin və metodbirləşmə sədrlərinin iştirakı ilə, dəyirmi masa keçirilmişdir. Tədbirdə müəllimlərin qarşıdakı sertifikasiyaya hazırlıq məsələlərinə toxunulmuşdur. İştirak edən müəllimlər sertifikasiya prosesinin təhsilin keyfiyyət göstəricilərinə müsbət təsir edəcəyini vurğulamışlar. Liseyin direktor səlahiyyətlərini əvəz edən Vüsalə Babayeva bu prosesin həm də, təhsilverənlərin karyera inkişafına və əməyinin stimullaşmasına müsbət təsir edəcəyini qeyd etmişdir.

Müəllimlərin sualları cavablandırılmışdır. Vüsalə Babayeva müəllimlərimizin bu prosesdə yüksək səviyyədə iştirak edəcəyinə inandığını qeyd etmiş və müəllimlərə uğurlar arzulamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi