Salam, Birinci Çərşənbə

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi ilə şəhər məktəblərində müxtəlif forma və məzmunlu səmərəli layihələr həyata keçirilməkdədir. Həmin nəticəyönülmü layihələrdən biri də 2016-2017-ci tədris ilinin yanvar ayından etibarən start verilmiş “Ekoloji aylıqlar” layihəsidir. Fevral ayı da həmin layihədə “Mədəniyyət və incəsənət. Azərbaycan tarixi və etnoqrafiyası” aylığı olaraq müəyyənləşdirilmişdir. Təlimata və liseyin bununla bağlı müəyyənləşdirdiyi fəaliyyət planına uyğun olaraq bu gün liseyin 9-cu siniflərinə əvvəlcə etnik tariximiz və milli-mənəvi dəyərlərimiz, Novruz adətləri və çərşənbələr haqqında məlumatlar verildi. Sonra şagirdlər məktəbin kiçik bağçasında iməcilik işlərini həyata keçirdilər. Onlar bəzi yerləri bellədilər, bir neçə yerə qızılgül şitilləri əkdilər.