“Tənliklər” mövzusunda açıq dərs

Fevral ayı Liseyin fəaliyyət planına uyğun olaraq riyaziyyat fənn aylığı elan olunmuşdur. Bununla bağlı müxtəlif tədbirlər keçirilir, dərsdinləmələri aparılır, açıq dərslər təşkil olunur, divar qəzetləri çıxarılır. Bu çərçivədə riyaziyyat müəllimi, Liseyin riyaziyyat metodbirləşməsinin rəhbəri Rəhimova Sevda Nüsrət qızı 6c (rus bölməsi) sinfində “Tənliklər” mövzusunda açıq dərs keçirdi. Açıq dərsin əsas hissəsini şagirdlər idarə etdi. Şagirdlər elektron təqdimatlar nümayiş etdirdilər, qruplarla iş həyata keçirildi. Dərsdə dinləyici kimi təlim-tərbiyə işləri üzrə direktor müavini Könül İsayeva, “Əməkdar müəllim” Həlimə Mehdiyeva, riyaziyyat müəllimi Südabə Süleymanova, rus dili-ədəbiyyat müəllimi Məhəbbət Dadaşova da iştirak edirdilər. Dərsdə elektron lövhədən istifadə edildi. Sonda qiymətləndirmə aparıldı.