Xocalı abidəsinə ziyarət

Liseyin illik fəaliyyət planına və BŞTİ tərəfindən təsdiq olunmuş "Xocalı soyqırımının iyirmi beşinci ildönümünün qeyd edilməsi ilə əlaqədar tədbirlər planına" uyğun olaraq şagirdlərdə milli vətənpərvərlik hissini formalaşdırmaq, vətənə, yurda məhəbbət tərbiyəsini aşılamaq, onlarda xalqımıza qarşı törədilmiş faciələr haqqında məlumatların artırılması, hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, həmvətənlərimizin qəhrəmanlıq salnaməsinin təbliği məqsədi ilə fevral ayından etibarən liseydə müxtəlif tədbirlər həyata keçirilməkdə davam edir.Bu məqsədlə həftənin birinci günündən etibarən Liseyin bütün siniflərinin dərsdən sonra Xocalı abidəsinə ziyarəti təşkil olunur. Bu dəfə 5-ci siniflər abidəni ziyarət etmiş, abidə önündə vətənə sadiq olacaqlarına, təhsil və intellektləri ilə daima uğurlar qazanmaq üçün çalışacaqlarına söz vermişlər.