Liseyin kitabxanasının müəllimlərlə birgə təşkil etdiyi Mikayıl Müşfiqin yaradıcılıq gecəsi

Şagirdlərin dünyagörüşlərinin inkişafı, motivasiyanın yüksəldilməsi, milli-mədəni tariximizin öyrənilməsi və ədəbiyyatımızın təbliği üçün Liseyimizdə vaxtaşırı müxtəlif forma və məzmunlu tədbirlər həyata keçirilməkdədir. Bu məqsədlə 147 №li Texniki humanitar liseyin fəaliyyət planının 1.3.2. bəndinə uyğun olaraq 16 fevral 2017-ci il tarixində Liseyin kitabxanaçısı Lətafət Diyarova və Azərbaycan dili müəllimi, 8b sinif rəhbəri İlhamə İmanovanın birgə təşkili ilə Mikayıl Müşfiqin həyat və yaradıcılığına həsr olunmuş "Yenə o bağ olaydı" adlı ədəbi-bədii gecə keçirildi. Tədbirdə M.Müşfiqin müxtəlif şeirləri oxundu, yazıçının şeirlərinə bəstələnmiş mahnı nümunələri ifa edildi. M.Müşfiqin "Şəngülüm, Şüngülüm və Məngülüm" əsərinin və "Yenə o bağ olaydı" şeirinin səhnəcikləri təqdim edildi.