Liseyimizdə kimya müəllimi, Baş Müəllim, Qabaqcıl Təhsil İşcisi Afaq Mirişovanın təqaüdə yola salınması münasibətilə tədbir keçirilmişdir

Dekabrın 29-da liseyimizdə kimya müəllimi, Baş Müəllim, Qabaqcıl Təhsil İşcisi Afaq Mirişovanın təqaüdə yola salınması münasibətilə tədbir keçirilmişdir. Qeyd edək ki, Afaq müəllim liseyimizin əsas “sütunlarından” biri olmuşdur. Liseyimizin nailiyyətlərində onun rolu danılmazdır. Tədbirdə iştirak edən Yasamal rayon həmkarlar təşkilatının sədri Rövşən İbrahimli Afaq müəllimi təbrik etmiş və ona həmkarlar təşkilatının Fəxri Fərmanını təqdim etmişdir.

Sonda 147 nömrəli texniki humanitar liseyin direktor vəzifəsini müvəqqəti icra edən, təlim tərbiyə işləri üzrə direktor müavini Vüsalə Babayeva Afaq müəllimin pedaqoji fəaliyyətini yüksək qiymətləndirmiş, ona uğurlar arzulamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi