Xocalı soyqırımı ilə əlaqədar liseydə kitab sərgisi

Fevral ayı Azərbaycan xalqı üçün həm də hüzn və kədər ayıdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə azğınlaşmış erməni silahlı birləşmələri Xocalı kəndinin dinc sakinlərinə qarşı insanlığa sığmayan qətliam həyata keçirmişlər. Xocalı soyqırımı hər bir həmvətənimiz üçün hüzn və düşməni tanıma məqamıdır. Liseyimizdə də bununla bağlı müxtəlif ardıcıl tədbirlər həyata keçirilməkdədir. Liseyin kitabxanası Xocalı soyqırımı ilə əlaqədar kitab sərgisi keçirmişdir. Şagirdlər kitablarla tanış olmuş, faciə ilə bağlı bir daha məlumatlandırılmışlar.