Etnoqrafik keçmişimizlə bağlı eksponatlar və şəkillər

2016-2017-ci tədris ilinin fevral ayı BŞTİ tərəfindən "Ekoloji mədəniyyət və incəsənət. Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası" aylığı elan olunmuşdur. Həmin layihə çərçivəsində 147 №li Texniki humanitar lisey də sistemli olaraq müxtəlif yaş qruplarına aid siniflərlə müxtəlif forma və məzmunlu tədbirlər həyata keçirməkdədir. Liseyimizin girişində Azərbaycan etnoqrafiyası ilə bağlı stend və guşə hazırlanmış, orada milli-mənəvi tariximiz, etnoqrafik keçmişimizlə bağlı eksponatlar və şəkillər yerləşdirilmişdir. Şagirdlər guşə vasitəsi ilə ölkəmizin milli-mənəvi tarixi, etnokultrologiyası ilə yaxından tanış olur, zəngin tarixi irsimizin nümunələrini canlı şəkildə görə bilirlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi