"Ekoloji mədəniyyət və incəsənət. Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası"

2016-2017-ci tədris ilinin fevral ayı BŞTİ tərəfindən "Ekoloji mədəniyyət və incəsənət. Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası" aylığı elan olunmuşdur. Həmin layihə çərçivəsində 147 №li Texniki humanitar lisey də sistemli olaraq müxtəlif yaş qruplarına aid siniflərlə müxtəlif forma və məzmunlu tədbirlər həyata keçirməkdədir. 13 fevral 2017-ci il tarixində liseyin 6a sinfi tarix müəllimi Güntəkin Məmmədovanın rəhbərliyi ilə "Milli Tarix və Etnoqrafiya" muzeyində olmuşlar. Tarix üzrə fəlsəfə doktoru, Milli Tarix Muzeyinin Etnoqrafiya Elmi fondunun müdiri Gülzadə Abdulova şagirdlərə Azərbaycan etnoqrafiyası barədə məlumat vermiş, şagirdlərin yaş səviyyəsinə uyğun seminar aparmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi