"Şagird özünüidarəetmə günü"

147 №li Texniki-humanitar lisey öz ənənələri və orijinal fəaliyyətləri ilə həmişə seçilmiş və fərlənmişdir. Bu il də ardıcıl olaraq həyata keçirilmiş müxtəlif forma və məzmunlu tədbirlər, ekskursiyalar, açıq dərslər, zayalılarlarla, tanınmış alimlərlə görüşlər və s. tədbirlər şagird şəxsiyyətinin formalaşması, dəyərli şagirdlərimizin müstəqil idarəetmə, məntiqi, tənqidi, yaradıcı təfəkkürünün formalaşması baxımından olduqca müstəsna əhəmiyyətə malikdir. Bu gün də liseyin fəaliyyət planının 1.3.16-cı bəndinə uyğun olaraq "Şagird özünüidarəetmə günü" keçirilmişdir. İlk dərsdən başlayaraq "şagird direktor" və onun müavinləri, şagird müəllimlər bütün prosesi özləri idarə etmişlər. Sonda şagirdlər "Pedaqoji şura"nın iclasını keçirərək "şagird müəllimlərin" fəaliyyətinə qiymət verdilər.