"Vitaminlər" mövzusuna həsr edilmiş açıq dərs

08 fevral 2017-ci il tarixində liseyin 8b sinfində "Biologiya" fənnindən açıq dərs keçirildi. Dərs "Vitaminlər" mövzusuna həsr edilmişdi. Dərsdə liseyin direktoru A.Əsədov, təlim-tərbiyə üzrə direktor müavini Könül İsayeva, müəllimlərdən İlhamə İmanova, Məhəbbət Həsənova, Sevda Rəhimova, Afət Qəhrəmanova, Güntəkin Məmmədova, Nazlı Məmmədova iştirak edirdi. Fənn müəllimi, "Əməkdar müəllim" Həlimə Mehdiyeva dərsin məqsədini açıqladı və sonra dərs prosesi başladı. Şagirdlər fərdi və qrup işləri ilə mövzu haqqında müzakirələr apardılar. Sonda müəllimlər fikir və təkliflərini bildirdilər.