"Gələcəyini Qur" Gəncliyə dəstək layihəsi

08 fevral tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Chevron və Azərbaycan Gəncliyinin Nailiyyətləri ictimai birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Gələcəyini Qur" Gəncliyə dəstək layihəsi çərçivəsində 147 №li Texniki-humanitar liseydə görüş keçirilmişdir. "Məktəblərdə Karyeranın Planlaşdırılması və İnkişafı" adlanan görüşdə Layihənin koordinatorları layihə və onun reallaşdırılması, prosesin təşkili və izlənilməsi, məqsəd və vəzifələri haqqında məlumat vermişlər. Sonra liseyin direktoru, fil.ü.fəls.doktoru A.Əsədov şagirdlərə əlavə məlumatlar vermiş, maraqlı fikir mübadiləsi aparılmışdır. Görüşdə iştirak edən şagirdlər layihəyə böyük maraq göstərmiş və həvəslə iştirak etmək istədiklərini bildirmişlər.