Pedaqoji Şuranın növbəti iclası

31 yanvar 2017-ci il tarixində Liseydə Pedaqoji Şuranın növbəti iclası keçirilmişdir. İclasda I yarımilin hesabatları dinlənilmiş, qarşıda dayanan məsələlər barəsində fikir mübadiləsi aparılmış, təklif və fikirlər müzakirə edilmişdir. Xüsusilə, IX siniflərin buraxılış imtahanlarına hazırlığı işinin təşkili, liseydə tədrisin keyfiyyətinin yüksəldilməsi, fəaliyyət planının yerinə yetirilməsi məsələləri ilə əlaqəli tapşırıqlar verildi, irad və təkliflər dinlənildi. Sonda Fevral ayı Liseydə "Riyaziyyat" fənn aylığı elan edildi və bununla bağlı fəaliyyət planı müzakirə olunaraq qəbul edildi.