147 nömrəli Texniki -humanitar liseyin 2023- cü ilin məzunları öz uğurları ilə bizləri sevindirdilər
147 nömrəli Texniki -humanitar liseyin 2023- cü ilin məzunları öz uğurları ilə bizləri sevindirdilər.Məzunlarımızın bu ilki qəbul statistikası hər il olduğu kimi artan şkala ilə davam edir.
Liseymizi bu il bitirən 59 şagirddən 53 nəfəri tələbə adını qazanıb,bu da faiz nisbəti ilə 93%-lik qəbul nəticəsidir.
Qeyd edək ki,məzunlarımızdan 2 nəfəri 650 baldan yuxarı nəticə göstəriblər.
Hüseyn Saud Vasif oğlu 686 balla Alı Neft Məktəbi Kimya mühəndisliyi ixtisasına,
Əhmədzadə Rəsul Səlim oğlu 678 balla Azərbaycan Tibb Universiteti (ingilis dilində)
İbadov İbrahim İlqar oğlu 631 balla Azərbaycan Tibb Universiteti
Ələkbərli Abbas Arif oğlu 613 balla Bakı Ali Neft Məktəbi kompüter mühəndisliyi ( ingilis dilində) ixtisasına qəbul olublar.
Yerdə qalan məzunlarımız yerli və nüfuzlu xarici universitetlərə qəbul olmuşlar.
Tələbə adını qazanan məzunlarımızı təbrik edir, gələcək həyatlarında müvəffəqiyyətlər arzu edirik!