Liseyin fəaliyyət planına uyğun olaraq şagirdlərimizin Yapon bağına səfəri

Liseyin fəaliyyət planına uyğun olaraq şagirdlərimizin şəhərimizin tarixi-mədəni məkanlarına səfərləri davam etdirilir. Plana görə bu dəfə 9 və 10-ci sinif şagirdləri Xətai rayonunda yerləşən Yapon bağında olublar. Tarix müəllimi, "Tərəqqi" medallı Güntəkin Məmmədova onlara Yaponiya tarixi, milli-mədəni abidələri, ədəbiyyatı haqqında məlumatlar çatdırmışdır. Səfərlə bağlı məlumatlar və materiallar Azərbaycanın Yaponiyadakı diasporasına göndərilmiş və Yaponiyada universitetlərdən birində nümayiş etdirilmişdir. Həmin məlumatlar sonradan ölkəmizin bir çox mətbuat orqanlarında da işıqlandırılmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi