“Nizami” muzeyinə səfər

Liseyin fəaliyyət planına uyğun olaraq şagirdlərin şəhərimizin bir çox muzey və teatrlarına səfərləri davam etdirilir. 21.01.2017-ci il tarixində 6b sinfinin şagirdləri valideynlərin bəziləri və sinif rəhbəri Nigar Sultanova başda olmaqla “Nizami” muzeyinə səfər etmişlər. Muzeydə bələdçi ölkəmizin dahi şəxsiyyətlərinin həyat və yaradıcılıqları və yaşadıqları dövrləri haqqında şagirdlərə ətraflı məlumatı vermişdir. Şagirdlər də öz növbəsində həmin dahi şəxsiyyətlərin həyatını maraqla dinləmişdir. Şagirdlərə nümunəvi davranışlarına görə muzey işçiləri tərəfindən təşəkkür elan edilmişdir.Dərslərin keyfiyyətinin yüksəldilməsi, təlimin keyfiyyətinin artırılması üçün şagirdlərimizin mədəni və tarixi mərkəzlərə səfərəri davam etdirilir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi