20 Yanvar faciəsi ilə əlaqədar olaraq şagirdlərin Şəhidlər xiyabanına ziyarəti

Liseyin fəaliyyət planına uyğun olaraq Ümumxalq hüzn günlərinin keçirilməsi, şagirdlərdə çağdaş tariximizə qiymət vermə bacarığının formalaşdırılması, Vətənə, xalqa sevgi və sadiqlik hissinin tərbiyə olunması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirilir. Bu məqsədlə Liseyimizin siniflərinin 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar olaraq Şəhidlər xiyabanına ziyarəti təşkil edilmişdir. Bu dəfə 6-cı siniflər sinif rəhbəri Elnarə Ələkbərova və bir neçə valideynin iştirakı ilə and yerimizdə olmuşlar.