"Ağla, qərənfil, ağla" adlı yığıncaq

20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar olaraq Liseyimizdə həyata keçirilən silsilə tədbirlərdən biri də kitabxanamız ilə 8 b sinfinin birgə təşkil etdiyi "Ağla, qərənfil, ağla" adlı yığıncaq idi. Liseyin 8-ci sinifləri faciə ilə bağlı şeirlərini söylədilər, hazırlanmış səhnəcik nümayiş etdirildi. Liseyin direktoru Arif Əsədov, əməkdar müəllim Həlimə Mehdiyeva, sinif rəhbəri İlhamə İmanova, kitabxanaçı Lətafət Diyarova çıxış edərək hadisə zamanı gördüklərini, xatirələrini şagirdlərə çatdırdılar. Şagirdlərə 20 Yanvar günü yaşananların Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olduğu fikri aşılandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi