Liseyimizin məzunu Hüseyn Saud Vasif oğlu qəbul imtahanlarında I ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərib.

Liseyimizin məzunu Hüseyn Saud Vasif oğlu qəbul imtahanlarında ən yüksək nəticəni göstərib.Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə 3-4 iyun tarixlərində keçirilmiş qəbul imtahanlarında   Xətai rayonu 147 saylı Texniki-humanitar təmayüllü liseyin  məzunu Hüseyn Saud Vasif oğlu  ən yüksək nəticəni göstərib. O I ixtisas qrupu üzrə bütün suallara düzgün cavab verərək maksimal 400 bal  toplayıb.O,ümumilikdə buraxılış və qəbul imtahanlarının nəticələrinə əsasən 686.3 bal toplayıb.

 “Sevinc təəssüratlarımı ailəmlə bölüşdüm. Onlar sevindilər. Ailəmin arzusunu yerinə yetirdim. Bu, məni daha da sevindirdi. Onlar mənə ümidli idilər. Ümidlərini doğrultdum. Müəllimlərim də, yaxınlarım da, 147 saylı Texniki-humanitar liseyin müəllimləri, direktoru hamısı mənə ümid bəsləyirdi. Hər kəsin ümidini doğrultduğum üçün özümü xoşbəxt hiss edirəm”, - Saud bildirib.

      Gələcək planlarına gəlincə, Saud Hüseyn qeyd edib: “Bakı Ali Neft Məktəbində kimya mühəndisliyi ixtisası üzrə təhsil almaq istəyirəm. Oranı bitirdikdən sonra təhsilimi xaricdə davam etdirmək fikrim var. Təhsilimi tam başa vurduqdan sonra qayıdıb ölkəmdə vətənə xidmət etməyi düşünürəm”.

Məzunumuz Hüseyn Saud Vasif oğlunun timsalında ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərənləri, tələbə adı qazanan bütün məzunları, onların valideynlərini və təhsil ictimaiyyətimizi təbrik edir, onlarla fəxr edir, qürur duyuruq!

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi