Milli-mənəvi dəyərlərə sahib olan şagirdlər
Milli-mənəvi dəyərlərə sahib olan şagirdlər yetişdirmək, onlarda ictima- şüuru formalaşdırmaq məktəbin üzərinə düşən əsas vəzifələrdəndir. Liseyimizin fəaliyyət proqramına uyğun olaraq bütün siniflərdə 20 Yanvar faciəsinin 27-ci ildönümü münasibəti ilə şagirdlərdə milli-vətənpərvərlik ruhunun formalaşması, onların müasir tarixi hadisələrlə bağlı məlumatlarının artırılması istiqamətində ardıcıl işlər görülür. 5b sinfində bu istiqamətdə tarix müəllimi Güntəkin Məmmədovanın rəhbərliyi ilə növbəti dəfə sinif saatı keçirildi və şagirdlərdə 20 Yanvarla bağlı fikir və münasibət formalaşdırmaq istiqamətində mühüm və səmərəli məlumat mübadiləsi aparıldı.