8c sinfində dəyirmi masa

Liseyin fəaliyyət planına uyğun olaraq ayrı-ayrı siniflərində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar sinif saatları, dəyirmi masaların təşkili davam edir. Şagirdlərdə vətənə bağlılıq, torpağa sevgi, həqiqi vətənpərvərlik və vətəndaşlıq hisləri aşılanır. Bu dəfə 8c sinfində-rus bölməsinin şagirdləri ilə də tədbir təşkil edildi. Şagirdlərin hazırladıqları təqdimatla baxıldı, müzakirələr aparıldı. Sinif rəhbəri Fərqanə Qasımovanın hadisə ilə bağlı məlumatları dinlənildi.