İngilis dilində  məktəblər arası Breyn-rinq keçirildi.

Bu gün 56 nömrəli məktəbdə ingilis dilində məktəblər arası Breyn-rinq keçirildi.Yarışda Bakı şəhəri Xətai rayonu 27,55,56,və 147 nömrəli məktəblərin 9-cu sinif şagirdlərindən ibarət komandalar yarışdılar.Komandalar bir ay əvvəldən onlara verilən mövzular əsasında araşdırmalar aparmaqla yarışa hazırlaşmışdılar.

Onlar H.Əliyev haqqında topladıqları məlumatlara əsasən hazırlanmış 10 suala ingilis dilində cavab verərək mübarizə aparırdılar.Münsiflər heyəti 220 nömrəli məktəbin direktoru Lətifə Əzimova,96 nömrəli məktəbin direktoru Mehriban Hacıyeva, 57 nömrəli məktəbin direktoru Aytən Sadıqova idi.

Tədbirdə BŞTİ-nin sektor müdiri Günay Qurbanova, Bakı Nobel İrsi Fondunun direktoru Fuad Qasımov və Xətai rayonu İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov iştirak etdilər.

Beləliklə yarışmanın qalibi 56 nömrəli məktəbin komandası oldu.

2-ci yer 147 nömrəli Texniki Humanitar lisey, 3-cü yerə 55 nömrəli,4-cü yerə isə 27 nömrəli məktəb çıxdı.Yarışmada iştirak edən şagird və müəllimləri,məktəb rəhbərlərini ürəkdən təbrik edir və daha böyük uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi