Yüksək nəticə göstərən şagirdimiz!

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin Tədbirlər Planı”na uyğun olaraq 5 may 2023-cü il tarixində ümummilli lider “Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konfrans” keçirilib.

Konfransda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və Mərkəzin digər rəhbər şəxsləri, elm və təhsil nazirinin müavini İdris İsayev, 2001 və 2002-ci illərdə qəbul imtahanlarında yüksək nəticə əldə etmiş və ümummilli lider H.Əliyevlə görüşən ilk Prezident təqaüdçüləri, 2023-cü ildə keçirilmiş buraxılış imtahanlarında yüksək bal toplayan şagirdlər və ali təhsil müəssisələrinə qəbul imtahanlarında göstəriciləri yaxşı olan ümumtəhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Konfransda buraxılış imtahanında yüksək nəticə göstərən şagirdlər arasında

147 nömrəli Texniki -humanitar liseyin şagirdi Əhmədzadə Rəsul da iştirak edib .

Şagirdimizin yüksək nəticə əldə etməsində əməyi olan liseyimizin hər bir müəlliminə təşəkkür edirik.Valideynlərini ,Rəsulu bir daha təbrik edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi