Lisey şagirdlərinin Şəhidlər xiyabanına ziyarəti

Liseyimizdə şagirdlərimizdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi və həqiqi vətənpərvərlik məzmununun onlara düzgün anladılması məqsədləri ilə həyata keçirilmiş tədbirlərimiz davam etdirilir. Fəaliyyət planına uyğun olaraq şagirdlərimizdə vətəndaşlıq və dövlətçilik ruhunun aşılanması, torpağa, milli-mənəvi tarixə sevgi və hörmətin tərbiyəsi, qəhrəmanlıq salnaməmizlə tanışlıq üçün 20 Yanvar faciəsinin 27-ci ildönümü münasibəti ilə Lisey şagirdlərinin Şəhidlər xiyabanına ziyarəti təşkil olunmuşdu. Sinif rəhbərləri və valideynlərin iştirakı ilə həyata keçirilmiş ziyarətdə şəhidlərimizin məzarları üstünə qərənfil çiçəkləri düzülmüş, onların qəhrəmanlıq mücadilələrindən danışılmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi