9-cu sinif şagirdləri arasında tarix fənnindən bilik yarışı

20 Yanvar Azərbaycan xalqının etnik davranışlar sisteminin tarixi davamı, azərbaycanlıların milli müstəqillik təfəkkürünün yeni müstəvidə və formada təzahürü idi. Bu tarix və tarixi qəhrəmanlıq salnaməsi şagirdlərimizə, gənc vətəndaşlarımıza lazımınca öyrədilməli, onlarda həqiqi vətənpərvərlik ruhu formalaşdırılmalıdır. Bu istiqamətdə Liseyimizin fəaliyyət planına uyğun olaraq bilik yarışları keçirilir, canlı inşa müsabiqələri təşkil edilir. Bu dəfə 9-cu sinif şagirdləri arasında tarix fənnindən bilik yarışı keçirildi. Onlar Azərbaycan tarixi üzrə təqdim olunmuş suallara cavab verdi, sonda sualların müzakirəsi təşkil edildi. Şagirdlərimizdə ən yeni tariximiz, qəhrəmanlıq salnaməmizlə bağlı tipli müsabiqə və yarışlar davam etdirilir