Bilik yarışının qalibləri

147 saylı Texniki-humanitar liseyin müxtəlif siniflərində davamlı olaraq həmin sinfin yaş qrupları səviyyəsinə uyğun ayrı-ayrı fənlər üzrə bilik yarışları təşkil olunur, şagirdlərdə elmə-biliyə həvəs oyatmaq, məntiqi təfəkkürlərini inkişaf etdirmək işində sistemli və ardıcıl işlər həyata keçirilir. Həmin proseslərdən biri kimi, bu gün liseyimizdə bilik yarışının riyaziyyat fənni üzrə qaliblərinin mükafatlandırılma mərasimi keçirildi. Şagirdlərin gələcək fəaliyyətlərində, tədris prosesində uğur və nailiyyətlərinin artırılması, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində işlərimizin tərkib hissəsi olaraq mükafatlandırma və həvəsləndirmə tədbirlərimiz davam etdirilir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi