"Səməd Vurğun dünyası"

11 yanvar 2017-ci il tarixində Liseyin kitabxanasının təşkilatçılığı ilə IXb sinfində "Səməd Vurğun dünyası" adlı ədəbi-bədii gecə keçirildi. Tədbirdə direktor Arif Əsədov, kitabxana müdiri Lətafət Diyarova, IX b sinif rəhbəri Emel Talıbova, IX sinif şagirdləri maraqlı çıxışlar etdilər, Səməd Vurğunun Azərbaycan ədəbiyyatında yeri və rolu, şəxsiyyəti və yaradıcılığı ərtafında müzakirələr aparıldı, yazıçının əsərlərindən nümunələr səsləndirildi.