Seminar

09 yanvar 2017-ci il tarixində Xətai rayonu 147 № li Texniki-humanitar liseydə şagirdlərin Azərbaycan dili üzrə hazırlıq səviyyəsini artırmaq, tədrisdə çətinlik yaradan məqamlar, dərsliklərdə səthi izah edilmiş mövzularla bağlı BDU-nun professoru, filologiya üzrə elmlər doktoru, DİM-in Azərbaycan dili üzrə elmi-metodiki seminarının sədri, Azərbaycan dili üzrə ekspert qrupunun rəhbəri Tofiq Müzəffər oğlu Hacıyevin seminarı keçirildi. T.M.Hacıyev həm də 8 və 9-cu sinif Azərbaycan dili dərsliklərinin həmmüəllifidir. Seminarda X və XI sinif şagirdləri, Azərbaycan dili müəllimləri iştirak etdilər, mövzu, verilmiş suallar ətrafında maraqlı müzakirələr oldu.