Məktəb İcmaları

Liseyimiz paytaxtın ən yaxşı ümumtəhsil məktəbləri arasında bütün patametrlər üzrə birinciliyi qazanmaq iddiasındadır və intellektli, işinə məsuliyyətli, istedadlı pedaqoji kollektivin əzmi, iradəsi sayəsində bu istiqamətdə irəliləməkdə davam edir. Elə bunun göstəricisidir ki, biz paytaxt miqyaslı bir neçə layihəyə ev sahibliyi edirik. Növbəti belə layihələrdən biri 22 dekabr 2016-cı il tarixində “Məktəb icmaları” layihəsinə yeni qoşulan paytaxtdakı ümumi təhsil müəssisələrinin direktorları ilə keçiril görüş idi. Paytaxtın 71 məktəb rəhbərinin və valideynlərin iştirakı ilə keçirilən tədbirə Liseyimiz ev sahibliyi etdi və tədbiri lazımınca təşkil edə bildi.