Breyn Rinq

Liseyin 2016-2017-ci tədris ili üçün Fəaliyyət Planına uyğun olaraq şagirdlərin müxtəlif sahələr üzrə istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq qabiliyyəti, özünü təqdimetmə və kollektivi təmsil etmə bacarığının, İKT-dən istifadədə səriştələrinin üzə çıxarılması məqsədilə oktyabr ayından etibarən 5-ci siniflərdən başlayaraq keçirilən "Breyn Rinq"-bilik yarışması bu dəfə 7-ci siniflər arasında keçirildi. Maraqlı və gərgin intellekt yarışması şagirdlərimiz üçün əsl bilik bayramına çevrilmişdir. Prosesdə iştirak edən hər kəsə təşəkkür edirik.