Ümumtəhsil məktəblərinin 2016-2017-ci tədris ili üçün Fəaliyyət planının 1.1.3.3. bəndinə uyğun olaraq bu gün Liseyimizin V sinif şagirdləri arasında esse (inşa) yarışması keçirildi. Şagirdlərə "Həyatımda ən yaddaqalan gün" və "Həyatda kimdən nümunə götürmək istərdim" mövzularından birində inşa yazmaq təklif olundu. Qiymətləndirmə meyarları elan edildi. Sonda ilk 3 yeri tutan şagirdlər mükafatlandırıldı.