"Ədəbiyyat" dərsindən nümunələr.

09.12.2016-cı il tarixdə liseyin 8b sində Azərbaycan dili və Ədəbiyyat müəllimi İmanova İlhamə müəllimə Məhəmməd Füzulinin yaradıcılığı ,“Söz qəzəli”, “Sözə verilən dəyər” mövzusunda açıq dərs keçirdi. Müəllim krasvord vasitəsilə uşaqlara mövzunun nə ilə bağlı olduğunu çatdırdı. Ardından Məhəmməd Füzulinin həyat və yaradıcılığı barədə şagirdlərə məlumat verdi, qruplarla iş aparıldı. Daha sonra M.Füzuli haqqında hazırlanmış videoçarxa baxıldı. Müzakirələr aparıldı, sual-cavab oldu.