Konfrans

08 dekabr 2016-cı ildə Xətai rayonu 147 nömrəli Texniki-humanitar liseydə “Elmin zirvələrini fəth edək” adlı şagird elmi-praktik konfransı keçirildi. Konfrans bədii və elmi hissələrdən ibarət idi. Bədii hissədə şagirdlərin mahnıları dinlənildi, şeir ifalarına və musiqi alətlərində çıxışlarına qulaq asıldı. Azərbaycan dili və ədəbiyyat, rus dili, Riyaziyyat və informatika, Tarix və coğrafiya, Fizika, Kimya-biologiya, İngilis dili olmaqla konfransın elmi hissəsi altı bölmədə davam etdirildi. Konfransda BŞTİ-nin rəhbərliyi, Təhsil Nazirliyinin nümayəndələri, ADNSU-nun, BDU-nun müəllim nümayəndələri, bir çox alimlər, Bakı şəhərinin bir neçə məktəb direktoru, valideynlər iştirak etdilər.Liseyin direktoru Arif Alim oğlu Əsədov, Liseydə fəaliyyət göstərən Kiçik Akademiyanın rəhbəri Həlimə Səttar qızı Mehdiyeva tədbirin təşkilatçısı idilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi