Azərbaycan Neft və Sənayesi

Bu gün Xa sinfində "Azərbaycan neft və sənaye tarixi" mövzusunda İKT imkanlarından istifadə edilməklə açıq dərs keçirildi. Şagirdlərdən Ağayev Kənan və Musayev Tahir hazırladıqları elektron təqdimatlarla ölkəmizdə neft sənayesinin tarixi, müasir dövrdə neft strategiyası, xarici neft şirkərləri ilə əlaqələrimiz, "Əsrin müqaviləsi", Azərbaycan neft sənayesinin inkişafı, Neft Daşları haqqında məlumatlar verdilər. Sonda neftin necə çıxarılması, Neft Daşlarında yaradılmış geniş infrastruktur haqqında video çarx izləndi. Müzakirə və təhlillər aparıldı.