Şagirdlərimiz Bakı Elm Olimpiadasının qalibi oldu!

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə paytaxtın ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən Bakı Elm Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə təhsil nazirinin müavini Muxtar Məmmədov, BŞTİ-nin müdiri Mehriban Vəliyeva, təhsil nazirinin müşavirləri Elnur Nəsibov və Rüstəm Ağayev, BANM-ın rektoru Elmar Qasımov, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, millət vəkilləri, universitet rektorları, Təhsil Nazirliyi və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, qalib adını qazanan məktəblərin komandaları və KİV təmsilçiləri iştirak ediblər.

Tədbirin sonunda Olimpiadanın qızıl, gümüş və bürünc mükafatçılarına medallar təqdim olunub, həvəsləndirici yerlərə layiq görülən məktəblilər, eyni zamanda təşkilat komitəsinin üzvləri diplom və hədiyyələrlə təltif edilib.

Bakı Elm Olimpiadasının l yer sahibəri 147 nömrəli Texniki-humanitar liseyin şagirdləri  İbadov İbrahim,  Əhmədzadə Rəsul və Hüseyn Saudu bu uğurları münasibətilə təbrik edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi