Konstitusiya günü ilə əlaqədar 11.11.2016-cı il tarixdə 9d sinfində açıq dərs

Konstitusiya — dövlətin ali qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası “qurmaq, yaratmaq, əsasını qoymaq” deməkdir.Konstitusiya dövlətin bir fenomen kimi mahiyyətini açıqlayan, qanunvericilik, icra və məhkəmə orqanlarının funksiyalarını əks etdirən, cəmiyyət, şəxsiyyət və dövlət arasındakı qarşılıqlı münasibətləri müəyyən edən ən yüksək hüquqi qüvvəyə malik olan hüquqi sənəddir.Bir qayda olaraq Konstitusiyaları iki əsas növə təsnif edirlər: yazılı və tarixdən irəli gələn şifahi hüquqi qaydalar.Yazılı konstitusiyalar ya vahid normativ aktdır (əksər dövlətlərdə), ya da bir neçə konstitusiya qanunlarının məcmusudur (məsələn, İsveç Konstitusiyası, İspaniya Konstitusiyası, Finlandiya Konstitusiyası).Yazılmamış konstitusiyalarda konstitusiya normaları çox sayda aktlarda və həmçinin adətlərdə təsbit olunmuşdur (anqlo-saks hüquqi ailəsi üçün səciyyəvidir (ABŞ istisna olmaqla), Böyük Britaniya Konstitusiyası).Dünyada konstitusinalizmin vətəni İngiltərə sayılır, orada ilk konstitusiya aktı Azadlıqların Böyük Toplusu (Magna Carta 138554 -ci il) olmuşdur. İlk yazılı konstitusiya ABŞ Konstitusiyasıdır kı, çoxlu dəyişiklilərlə bü gün də qüvvədədir.9 d sinfində Konstitusiya günü ilə əlaqədar olaraq tarix müəllimi Sevinc Həsənova açıq dərs keçirdi. Dərsdə Liseyin direktoru Əsədov Arif, Təşkilatı işlər üzrə direktor müavini Gülnaz Kərimova, Təlim-tərbiyə işləri üzrə direktor müavini Könül İsayeva iştirak etdilər. Liseyin 11b sinif şagirdi "Türkün Bayrağı" adlı musiqi ifa etdi, şagirdlərin mövzu ilə bağlı müzakirələri dinlənildi.