Bayraq Günü ilə əlaqədar 08.11.2016-cı il tarixdə 147 №li Texniki-humanitar liseyin 9a sinfində dəyirmi masa

Azərbaycan Respublikasının Bayrağı — Azərbaycan Respublikasının rəsmi sim¬¬vol¬¬¬ların¬dan (himn və gerblə birlikdə) biri. Bayrağımız ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cüm¬huriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir. 17 noyabr 1990-cı il tarixində Ümummilli liderimiz Heydər Əliyevin təklifi, Naxçıvan Ali Məclisinin qərarı ilə üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunmuşdur. 5 fevral 1991-ci ildə bayraq həmin ildə müstəqilliyini elan etmiş Azərbaycan Respublikasının Ali Soveti tərəfindən də təsdiq edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda hər il 9 noyabr Dövlət Bayrağı Günü kimi qeyd olunur.Bayraq Günü ilə əlaqədar 08.11.2016-cı il tarixdə 147 №li Texniki-humanitar liseyin 9a sinfində tarix müəllimi Sevinc Həsənova şagirdlərlə dəyirmi masa keçirmişdir. Dəyirmi masada Liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Könül İsa¬ye¬va, təşkilatı işlər üzrə direktor müavini Gülnaz Kərimova, məktəbin psixoloqu Günlarə Əhmədova, Azərbaycan dili müəllimi Könül Mirzəyeva da iştirak etmişdir.Tədbirdə bayrağımızın yaranma tarixindən, rənglərinin mənalarından, müstəqillik illərində ölkəmizdə dövlətçilik quruculuğundan danışıldı. Şagirdlərin mövzu barədə fikir və mülahizələri dinlənilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi