31 Mart Soyqırımı qurbanlarını anım tədbirləri

147 nömrəli Texniki-humanitar 31 Mart Soyqırımı qurbanlarının anımına həsr olunmuş tədbirlər həyata keçirilmişdir. Sinif rəhbərləri tərəfindən təşkilat saatları təşkil edilmiş, diskussiylar aparılmışdır.

Liseyin dəhlizində və bir çox siniflərdə Soyqırıma həsr edilmiş rəsm və divar qəzetləri sərgilənmişdir. Bundan əlavə liseyin şagirdlərinin müxtəlif video təqdimat və slaydları təqdim edilib.

29-31 Mart tarixlərində liseyin tarix müəllimləri  Sevinc Həsənova bu mövzuda dəyirmi masalar təşkil etmiş,Güntəkin Məmmədovanın V a sinfində açıq dərsi dinlənilmişdir. Tədbirlərin məqsədi  xalqımızın üzləşdyi soyqırımın təkrarlanmaması üçün şagirdlərə tarixi dərindən bilməyi,daim yaddaşlarda saxlamağı, gənc nəslin üzərinə düşən məsuliyyəti xatırlatmağı, keçmişi unutdurmamağı aşılamaqdan ibarətdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi