Məktəblərarası Futbol yarışı

Liseyimizin 8-9-cu siniflərdən ibarət yığma futbol komandası Yasamal rayon 60 saylı orta məktəbin eyni yaşlılardan ibarət komandası ilə yoldaşlıq görüşü keçirmişdir. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda ev sahibləri 4:3 hesabı ilə qalib gəldilər. Məktəblilərin əlaqələrinin genişlənməsi, məktəbə və kollektivə bağlılığı üçün bu tipli yarışları gələcəkdə də davam etdirəcəyik.