Milli mənəvi dəyərlərimiz

28 oktyabr 2016-cı il tarixində Liseyimizdə "Təhsil əsas dəyərimizdir" mövzusunda ədəbi-bədii gecə keçirildi. Şagirdlərin ifasında şeirlər səsləndirildi, mahnılar oxundu, saz və tarın ifası dinlənildi. Tədbiri əsas təşkilatçı, təşkilatçı müavin Gülnaz Kərimova aparırdı. Direktor Arif Əsədov, biologiya müəllimi Həlimə Mehdiyeva, liseyin valideyn icmasının rəhbəri Novruz Quliyev, müxtəlif sinif şagirdləri milli-mənəvi dəyərlərimiz haqqında fikir və mülahizələrini söylədilər.